Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranla müharibəyə qoşulmaq ehtimalını nəzərdən keçirir.
Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
“İranın Fars körfəzindəki ən böyük ərəb qonşuları ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulma ehtimalını nəzərdən keçirir və Tehran onların kritik infrastrukturuna zərbə endirərsə, buna məcbur qala bilərlər.”
Məlumata görə, Səudiyyə Ərəbistanı və BƏƏ İranın hücumları fonunda “səbrini itirir”. Bu hücumlar artıq limanları, enerji obyektlərini və hava limanlarını hədəf alıb.
Agentlik qeyd edir ki, Fars körfəzindəki digər dövlətlər də tədricən Tehran ilə qarşıdurmaya doğru sürüklənir.

