Türkiyə bayrağı altında üzən “MV Reyhan Sarı” quru yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Gəmi Rusiyanın Taman limanından Trabzona kömür daşıyarkən, Novorossiysk sahilləri yaxınlığında vurulub. Hücum nəticəsində maşın bölməsində çalışan bir ekipaj üzvü həlak olub.
Yaralanan iki dənizçi Türkiyə Sahil Mühafizəsinin helikopteri ilə təxliyə edilərək Samsundakı xəstəxanalara çatdırılıb. Bəzi ilkin məlumatlarda yaralıların ümumi sayının üç olduğu bildirilir.
Zərər görməsinə baxmayaraq, gəmi hərəkət qabiliyyətini itirməyib və öz gücü ilə yoluna davam edərək Trabzon limanına çatıb.

