ABŞ Prezidenti Donald Tramp Ağ Ev müxbirləri assosiasiyasının qəbulundan təxliyə olunub. Bu barədə Axios məlumat yayıb.
Hadisə paytaxt Vaşinqtondakı Washington Hilton otelində baş verib. Məlumata görə, tədbir zamanı naməlum şəxs atəş açıb və zaldan partlayış səsləri eşidilib.
Ağ Evin açıqlamasına görə, silahlı şəxs Gizli Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Tədbirdən həmçinin birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və mətbuat katibi Kerolayn Livitt də təxliyə edilib.
Bildirilir ki, insident nəticəsində Tramp və onun yaxınları xəsarət almayıb.

