İspaniyanın Seuta anklavında iyul ayından etibarən miqrasiya böhranı fonunda 15 cinsi zorakılıq hadisəsi qeydə alınıb.
Bu barədə Español qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisələrlə bağlı iki şübhəli saxlanılıb.
Qəzetin yazdığına görə, Seutada kütləvi miqrant axınından sonra yaranan xaos və təhlükəsizlik problemləri fonunda qadın və qızlara qarşı cinsi zorakılıq və zorlama hallarının baş verdiyi iddia olunur.
Mundo qəzetinin məlumatına görə, sonuncu hadisə cümə günü axşam baş verib. Üç kişi 10 yaşlı qıza təcavüz etməyə cəhd göstərib.
Hadisələrlə bağlı araşdırma davam edir.

