İspaniyanın baş naziri Pedro Sançes Seuta şəhərinə səfəri zamanı etirazçılar tərəfindən fitə basılıb və istefaya çağırılıb.
Yerli Vox təşkilatının sosial şəbəkələrdə yaydığı görüntülərə görə, aksiya iştirakçıları Sançesi şəhərdə yaranmış miqrant böhranına görə məsuliyyət daşımaqda ittiham ediblər.
Məlumata əsasən, Mərakeşdən Seutaya 60 mindən çox miqrant keçib. Etirazçılar şəhərin “işğala məruz qaldığını” bildirərək hökumət başçısının istefasını tələb ediblər.
Sançes Seutaya qeyri-qanuni miqrant axınından sonra gəlib. O, burada polis, mülki qvardiya, silahlı qüvvələr, Daxili İşlər Nazirliyi və şəhər rəhbərliyinin nümayəndələri ilə müşavirə keçirib.

