ABŞ Prezidenti Donald Tramp Fransada davam edən kütləvi etiraz aksiyalarına münasibət bildirərək ölkənin sərhədlərinin dərhal bağlanmasına çağırıb.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp Fransada baş verən iğtişaşlara görə miqrantları günahlandıraraq ölkənin vəziyyətə nəzarəti itirdiyini iddia edib.
“Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlərini dərhal bağlamalıdırlar”, – deyə ABŞ Prezidenti bildirib.

