ABŞ Prezidenti Donald Tramp Minnesota ştatının somalili mühacirlər tərəfindən “ələ keçirildiyini” iddia edərək, ştat sakinlərini buna qarşı mübarizə aparmağa çağırıb.
Tramp bu barədə sosial şəbəkədəki hesabında paylaşım edib. O, həmçinin Minnesota rəhbərliyini fəaliyyətsizlikdə ittiham edib.
“Müqavimət göstərin, Minnesota, müqavimət göstərin! Ehtiyacınız olarsa, federal hökumət köməyinizə gələcək”, – Tramp yazıb.
ABŞ Prezidenti ştatda zorakılıq, qətllər və xaosun hökm sürdüyünü iddia edib.
Tramp Minnesota qubernatoru Tim Uolzu sərt şəkildə tənqid edərək onu “səriştəsiz oğru” adlandırıb.
O, Uolz və Minneapolis meri Ceykob Freydən dərhal federal hökumətdən yardım istəmələrini tələb edib.
Tramp bildirib ki, belə bir müraciət ediləcəyi təqdirdə federal hökumət vəziyyətə müdaxilə etməyə hazırdır.

