ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından keçən tankerilərdən rüsum alınması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.
O, Truth Social sosial şəbəkəsində paylaşım edərək bu praktikanın dərhal dayandırılmasını tələb edib.
Tramp bildirib ki, əgər bu məlumatlar doğrudursa, İranın bu addımı qəbuledilməzdir:
“Hörmüz boğazından keçən tankerlərdən rüsum alındığı barədə məlumatlar daxil olur. Ümid edirəm ki, bu doğru deyil. Əgər doğrudursa, bunu dərhal dayandırsınlar.”
Ağ Ev hələlik Tehranın bu çağırışa məhəl qoymaması halında hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

