“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.
Den.az xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirməsi ilə bağlı İRNA yayıb.
Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.
Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.
17:48
«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».
Den.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehr agentliyinə bildirib.
Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:
“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.
Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:
“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.
***
***
17:13
İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirib.
Den.az xəbər verir ki, bu barədə İran Dövlət xəbər agentliyi məlumat yayıb.
Bu helikopterin sərnişinləri arasında Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.
Xilasetmə qrupları qəza yerinə yollanır.
***
17:04
İran prezidenti İran Prezidenti Seyid İbrahim Rəisinin helikopteri “təcili eniş” edib
Den.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İran prezidentini daşıyan helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib və onun göyərtəsində xarici işlər naziri də olub.
İran prezidentinin vertolyotu qəzaya düşdü: RƏİSİDƏN XƏBƏR YOXDU-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.