O bildirib ki, "Həmas" sıradan bir təşkilat deyil və İsrail hökuməti səhv hesablamalar apararaq Qəzzada hərbi əməliyyatlara getdi.
"İsrail dörd girov müqabilində 200 artıq mülki insanı öldürdü, 600 artıq insan yaralandı. Baş verən bu faciə İsrailin qələbəsini deyil, onun beynəlxalq izolyasiyasına gətirəcək. Nəticədə, Fələstin müstəqil dövlətinin yaradılması ilə nəticələnək. Beynəlxalq siyasi konyuktura Fələstinin bir dövlət kimi tanınmasını şərtləndirir. İsrail hakimiyyəti artıq Fələstin müstəqil dövlətinin yaradılmasının fərqindədirlər. Məhz Qəzzada İsrail müharibə ilə öz strateji planlarina nail ola bilmədi. İsrail Türkiyə ilə qarşı qarşiya gəlməyə çalışır. Suriyanın şimalında PKK-YPG terror təşkilatina dəstək verir. İsrail kvazidövlətdir və onun Türkiyə kimi böyük bir ölkə ilə siyasi toqquşması öz əleyhinə işləyəcək. İsrail müharibə strategiyasını dayandırıb, sülh yolunu seçərsə, ABŞ müdafiəsinə ehtiyac qalmaz. Artıq baş nazir B. Netanyahu müharibə cinayətkarı kimi qəbul edilir. Azərbaycan da bir müddətdən sonra Fələstini müstəqil bir dövlət kimi tanıyacaq. Fələstində Azərbaycan səfirliyi və Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir. Azərbaycan Fələstinə daima humanitar yardımlar edir. Müstəqil Fələstin dövlətinin yaradılması bu muharibənin qurtarması üçün əsas prosesdir".
Günəş Fərəh
Den.az