Hazırda Ukrayna son 10 ay ərzində döyüş meydanında ən güclü mövqedədir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NewsNation-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 90 gün ərzində Rusiya qoşunları heç bir uğur əldə edə bilməyib. Bu isə Ukrayna Silahlı Qüvvələrinin güclü mövqedə olduğunu göstərir.
Volodimir Zelenski həmçinin iddia edib ki, Rusiya kəşfiyyat məlumatlarını İran ilə bölüşür.

