Donald Tramp bildirib ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın davam etdirilməsi vacibdir, çünki bu addım olmadan Tehranla heç vaxt razılaşma əldə edilə bilməz.
O, bu barədə Truth Social platformasında yazıb.
Trampın sözlərinə görə, İran Hörmüz boğazının açılmasını istəyir ki, gündə təxminən 500 milyon dollar gəlir əldə edə bilsin, lakin boğaz bağlı qalarsa bu gəlir itirilir.
O əlavə edib ki, bir neçə gün əvvəl ona müraciətlər edilib və İranın boğazın dərhal açılmasını istədiyi bildirilib. Lakin Trampın fikrincə, əgər bu baş verərsə, “İranla heç vaxt razılaşma olmayacaq”.
Donald Tramp həmçinin qeyd edib ki, ABŞ boğazı “tam bloklayıb və bağlayıb”, İran isə “üzünü qorumağa çalışır”.

