İranın xarici işlər naziri Abbas Araqçi Yaxın Şərqdə müharibə başlayandan sonra xaricdə qalan iranlı zəvvarlara göstərilən dəstəyə görə Azərbaycan və bir sıra ölkələrə təşəkkür edib.
Bu barədə o, İran dövlət televiziyasına açıqlamasında bildirib.
Nazir xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.
“Bu ölkələr münaqişə zamanı xaricdə qalan iranlı zəvvarlara kömək göstərdi.”
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, bir sıra şəhərlərə hava zərbələri endirib. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.

