İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, regionda kollektiv təhlükəsizlik üçün yeni model yaradılmalı və bu sistem ABŞ-ın iştirakı olmadan formalaşdırılmalıdır.
“İrana qarşı 40 günlük müharibə təcrübəsi göstərdi ki, ABŞ-ın hərbi mövcudluğu regionda sabitlik yox, parçalanma yaradır.”
Araqçi hesab edir ki, mövcud vəziyyət Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasına ehtiyac olduğunu açıq şəkildə ortaya qoyur.

