ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə keçirdiyi brifinqdə bildirib ki, Vaşinqtonun İranla danışıqlarda göstərdiyi səbrin də həddi var.
Onun sözlərinə görə, əgər ABŞ Prezidenti Donald Tramp sülh razılaşmasının mümkün olmadığı qənaətinə gəlsə, Amerika qoşunları İrana qarşı zərbələri bərpa edə bilər.
“Biz səbr göstəririk, amma bu səbr sonsuz deyil. Prezident Tramp hər zaman sülh razılaşmasına üstünlük verir və bu günə qədər etdiklərimizin hamısı müdafiə xarakteri daşıyıb. Biz bu yanaşmanı davam etdiririk”, deyə Bessent bildirib.
Lakin maliyyə nazirinin sözlərinə görə, danışıqlar uğursuz olarsa, Tramp administrasiyası güc ssenarisinə qayıtmağa hazırdır.
İran tərəfi hələlik bu təhdidlərlə bağlı şərh verməyib.

