ABŞ İrana bağlı 344 milyon dollarlıq kriptovalyuta hesablarını dondurub.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli çoxsaylı elektron cüzdanlara sanksiyalar tətbiq edib.
Nəticədə ümumilikdə 344 milyon dollar dəyərində kriptovalyuta dondurulub.
Bessent bildirib ki, Vaşinqton Tehranın maliyyə imkanlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcək.
“Tehranın ölkədən çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcəyik və rejimlə bağlı bütün maliyyə kanallarını hədəfə alacağıq.”

