İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Hizbullah lideri Seyid Həsən Nəsrullaha mesaj göndərib.
Den.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Məsud Pezeşkian Seyid Həsən Nəsrullaha müraciətində “İranın regional müqavimətə dəstəyi”nin davam etdiriləcəyini bildirib.
Pezeşkian əlavə edib ki, İran İslam Respublikası İsrailin qeyri-qanuni addımlarına qarşı müqavimətin mübarizəsini həmişə dəstəkləyib və bu, rəsmi
Tehranın fundamental siyasətinə, eləcə də Xomeyninin prinsiplərinə əsaslanır.
Pezeşkian həmçinin Hizbullah liderinin təbrik mesajına görə təşəkkür edib.
Günəş Fərəh
Den.az
Məsud Pezeşkian Hizbullah lideri Seyid Həsən Nəsrullaha mesaj göndərib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.