İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ İrana qarşı yeni hücumların olmayacağına zəmanət verməsə, danışıqların heç bir mənası yoxdur. O, bu barədə sosial şəbəkə X hesabında yazıb.
“Torpaqlarımıza qarşı gələcəkdə hücumların olmayacağına əmin olmadan müharibənin bitməsindən danışmaq mənasızdır”, — deyə Məsud Pezeşkian qeyd edib.
İran prezidenti bildirib ki, bu mövqeni Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı da dilə gətirib.
Pezeşkian həmçinin vurğulayıb ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarından İranla Fars körfəzi ölkələri arasında münasibətləri pozmaq məqsədilə istifadə edilməsinə son qoyulmalıdır.

