İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian əsas rəqibi Səid Cəlilini üstələyir.
“Den.az” xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.
“Hesablama Pezeşkianın xeyrinə davam edir”, - agentlik qeyd edib.
Bildirilib ki, rəsmi statistika bir neçə saat sonra elan olunacaq.
***
İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.
“Den.az” İran Seçki Qərargahına istinadən xəbər verir ki, ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.
Yekun nəticəyə əsasən, Məsud Pezeşkian 16,384 milyon seçininin etimadını qazanıb. 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.
Səid Cəlili isə bu post uğrunda mübarizədə 13,538 milyon səs toplayıb.
İranın yeni Prezidenti o seçildi - Yenilənib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.