İranın ali rəhbəri Müctəba Xamenei bildirib ki, ABŞ-nin İranla imzalanmış memorandumu pozması Amerika prezidentinin imzasının etibarsız olduğunu göstərir.
“ABŞ-nin İran və Amerika prezidentləri arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun şərtlərini növbəti dəfə pozması ABŞ prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğunu bir daha hamıya sübut etdi. Bu, həmçinin qorxutma, zülm və vəhşiliyin Amerika ideologiyası və siyasətinin ayrılmaz hissəsi olduğunu təsdiqlədi”, — Xamenei İran liderinin “Telegram” kanalında yayımlanan müraciətində yazıb.
Onun sözlərinə görə, İran və “müqavimət oxu” Vaşinqton üçün “unudulmaz dərs” hazırlayıb.
Xamenei bildirib ki, ABŞ Tehranla müharibəyə başlamağa çalışır və gələcəkdə bunun müqabilində daha böyük itkilərlə üzləşəcək.

