İranın ali lideri Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsində aldığı yaralardan sonra sağalmağa başladığı bildirilib.
Bu barədə İran ali liderinin ofisinin protokol rəhbəri Məzahir Hüseyni açıqlama verib.
Onun sözlərinə görə, Müctəba Xamenei partlayışın zərbə dalğasının təsiri ilə yıxılıb və yüngül xəsarət alıb.
Nəticədə onun diz və bel nahiyəsindən yüngül zədələr aldığı müəyyən olunub. Bel travması zamanla sağalıb, diz isə yaxın vaxtlarda tam bərpa olunacaq və o, tam sağlamdır, — deyə Məzahir Hüseyni bildirib.

