Novorossiysk limanı yaxınlığında Türkiyə bayrağı altında üzən “MV Gulluk” quru yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Türkiyə mediasının məlumatına görə, hadisə nəticəsində ekipaj üzvlərindən xəsarət alan olmayıb.
Hücumdan sonra gəmi İstanbula istiqamət götürüb.
“MV Gulluk”un aldığı zərərin qiymətləndirilməsi və təmir işlərinin aparılması üçün tərsanəyə göndəriləcəyi bildirilir.

