İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyəti ilə sülh razılaşmasına nail olmağın mümkün olduğuna inanmadığını bildirib.
“Al Arabiya”nın məlumatına görə, Netanyahu İran rəhbərliyi barədə sərt ifadələr işlədərək deyib:
“Bu insanlarla, bu vəhşilərlə razılaşmaya nail olmağın mümkün olduğuna şübhə edirəm. Mən sizə deyirəm – biz razılaşmaya nail ola bilməyəcəyik”.
Bununla yanaşı, İsrail Baş naziri bildirib ki, iyul ayında ABŞ Prezidenti Donald Trampla görüşü zamanı İranla diplomatik həll imkanını da müzakirə edib.
Netanyahu bundan əvvəl Trampı İsrailin dostu adlandırsa da, eyni zamanda vurğulamışdı ki, İsrailin maraqları tələb edərsə, ABŞ Prezidentinin mövqeyinə qarşı çıxmağa hazırdır.

