Xəbər verdiyimiz kimi, Abşeronda baş verən ağır yol nəqliyyat hadisəsində yaralanan şəxslərdən biri, 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva dünyasını dəyişib.
Bu barədə Den.az-a daxil olan məlumatda bildirilir.
Digər yaralı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiyaya yeləşdirilib.
********
Abşeronda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Den.az" xəbər verir ki, hadisə Vaz dairəsindən Saray istiqamətində gedən yolda qeydə alınıb.
Belə ki, vaz 21-07 markalı avtomobil, yolu keçən ər və arvadı vurub. Daha sonra onların üstündən keçib.
Əraziyə Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları və Təcili tibbi yardım riqadası cəlb olunub.
Hər iki şəxsin ağır yaralandığı və həyatları üçün təhlükəsinin olduğu bildirilir. Hazırda xəsarət alan hər iki şəxsin kimliyi müəyyənləşdirilir.
Sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda DƏHŞƏT: Avtomobil ər və arvadın üstündən keçdi, qadın öldü-VİDEO/ YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.