Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Den.az-ın Şimal bürosundan verilən məlumata görə hadisə Sara Xatun küçəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.
İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.
A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva
Den.az