ABŞ-da bir ruhani 1,5 saatdan çox davam edən klinik ölümü yaşayıb.
68 yaşlı Din Brekston yaşadığı təcrübənin təfərrüatlarını Daily Mail nəşri ilə bölüşüb.
Brekstonun sözlərinə görə, ürəyin uzunmüddətli dayanması zamanı o, başqa bir aləmdə olub, orada vəfat etmiş qohumlarını, mələkləri və İsa Məsihi gördüyünü deyib. O iddia edir ki, Məsih onunla danışaraq “İndi sənin vaxtın deyil, geri qayıt” sözlərini söyləyib. Bundan sonra kişi izahı çətin şəkildə yenidən həyata qayıdıb.
Məlumata görə, həkimlər Brekstonu 105 dəqiqə ərzində reanimasiya etməyə çalışıb və artıq morq üçün sənədlər hazırlanarkən o, qəfil özünə gəlib. Tibb işçiləri onu “möcüzə adam” adlandırıblar, çünki bu qədər uzun hipoksiyadan sonra beyin zədəsi aşkar edilməyib.
Brekston yaşadığı təcrübəni dərin sevinc, sakitlik və təsəlli hissi kimi təsvir edir və bunun həyat baxışını köklü şəkildə dəyişdirdiyini bildirir.

