Kaliforniya ştatının şimalında yerləşən Castle Peak zirvəsi yaxınlığında 16 nəfərlik xizəkçi qrupu qar uçqununa düşüb.
Bu barədə NBC News yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə zamanı 12 xizəkçi və 4 bələdçi uçqunun yolunda olub. Məlumata görə, ən azı 6 nəfər sağ qalıb, lakin 10 nəfər itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə əməliyyatları güclü qar fırtınası səbəbindən çətinləşir.

