"The Guardian" qəzetinin verdiyi məlumata görə, Avstriyada Alp dağlarında qar uçqunu nəticəsində səkkiz nəfər ölüb.
Bildirilir ki, Çexiyadan olan 3 turist Murtal dairəsində uçqunun qurbanı olub. Daha 5 xizəkçi isə Zaltsburq yaxınlığındakı Pongau bölgəsində həyatını itirib.
Qeyd olunur ki, güclü qar yağışlarından sonra bölgədə yüksək uçqun təhlükəsi yaranıb. Yerli hakimiyyət orqanları müvafiq xəbərdarlıq etsələr də, buna baxmayaraq rəsmi xizək traslarından kənarda sürüşmək istəyənlər var.

