ABŞ-ın Texas ştatının Forni şəhərində təyyarənin qəzaya uğraması nəticəsində üç polis əməkdaşı yaralanıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Dallas Polis Assosiasiyasının açıqlamasına görə, iki polis yüngül xəsarətlərlə xilas olub, daha bir əməkdaş isə ciddi yaralanıb və tibbi yardım almağa davam edir.
Təşkilat bildirib ki, hadisə zamanı polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirmirdilər. Məlumata əsasən, onlar şəxsi səfərdən qayıdırmışlar.
Təyyarə qəzasının səbəbləri və insidentin digər detalları barədə hələlik əlavə məlumat verilmir.

