19 
sen
2023
10:26
169

Sumqayıtda rabitə naqili və optik kabel oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

19 sen, 2023
10:26
169

Sumqayıtda rabitə naqili və optik kabel oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbəsi ərazisində binalara məxsus 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Şirinov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar