Bakının Yasamal rayonunda elektronika mağazasından 2 900 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 36 yaşlı O. Burciyev tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, o, satıcının diqqətinin yayındığı məqamdan istifadə edərək oğurluğu törədib.
Həmçinin məlum olub ki, saxlanılan şəxs Nəsimi rayonu ərazisində yerləşən mağazalardan birində 750 manat dəyərində zinət əşyalarının oğurlanmasında da iştirak edib.

