Bakının Binəqədi rayonunda evlərin birindən qeyri-müəyyən şəraitdə 6000 dollar nağd pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları həmin cinayəti törətməkdə şübhəli bilinən 51 yaşlı G. İsgəndərovu müəyyən edərək saxlayıblar. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs bir müddət oğurluq etdiyi evdə təmir işləri aparıb.
Rayon ərazisində keçirilən digər əməliyyat tədbirləri zamanı isə iki mağazadan spirtli içkilər, tütün məmulatları və digər malların oğurlanmasında şübhəli bilinən 48 yaşlı R. Hüseynov və 21 yaşlı A. Abbaslı saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

