İstanbulun Maltepe rayonunda 7 mərtəbəli bina qismən çöküb.
Türkiyə KİV-lərinin məlumatına görə, hadisə Cevizli məhəlləsinin Doğu küçəsində baş verib. İlkin məlumata əsasən, binanın ilk üç mərtəbəsi hələlik müəyyən edilməyən səbəbdən çöküb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları, həmçinin AFAD və UMKE əməkdaşları cəlb olunub.
Binanın çökməyən yuxarı mərtəbələrində qalan sakinlər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında insanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Hadisənin başvermə səbəbi araşdırılır.

