İstanbulun Fatih rayonunda uçan iki binanın dağıntıları altından 8 nəfər xilas edilib. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.
Nazir bildirib ki, hadisə təbii qaz partlayışı nəticəsində baş verib və zərərçəkənlərə başsağlığı verərək onlara tezliklə sağalma arzulayıb.
Onun sözlərinə görə, xilas edilənlər yaxınlıqdakı xəstəxanalarda müalicə alır, həkimlər isə digər qurumlarla koordinasiyalı şəkildə hadisə yerində fəaliyyətini davam etdirir.
Hadisə yerinə AFAD qrupları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
İstanbul valisi Davut Gül də bildirib ki, xilas edilən şəxslər xəstəxanalara yerləşdirilib.
Hazırda sonuncu itkin şəxsin axtarışları davam edir.

