Hindistanın Racastan ştatının cənub-şərqində yerləşən Kota şəhərində restoranın fəaliyyət göstərdiyi üçmərtəbəli binanın uçması nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qala biləcəyi bildirilir.
Bu barədə The India Today nəşri məlumat yayıb.
Məlumata görə, xilasetmə xidmətləri indiyədək 8 nəfəri dağıntılar altından sağ çıxarıb. Hadisə yerində təhlükəsizlik məqsədilə bina ətrafı tamamilə mühasirəyə alınıb ki, toplaşan insanlar xilasetmə əməliyyatına mane olmasın. Axtarış-xilasetmə işlərinə ağır texnika cəlb edilsə də, dağıntılar altında qalan şəxslərin xəsarət almaması üçün ehtiyat tədbirləri görülür. Qeyd olunur ki, dağıntılar altında qalanlar arasında tələbələrin ola biləcəyi ehtimal edilir.
The Economic Times isə artıq 10 nəfərin xilas edildiyini yazır. Nəşrin məlumatına əsasən, bina yaxınlıqdakı köhnə tikilinin sökülməsi zamanı baş verən texniki təsirlər səbəbindən uça bilər.
Xilasetmə əməliyyatı davam etdirilir.

