İtaliyanın paytaxtı Romada Piana del Sole rayonunda, ehtimal olunan məişət qazı partlayışı nəticəsində üç bina zədələnib, onlardan biri qismən uçub. Bu barədə La Repubblica məlumat yayıb.
Bildirilir ki, təxminən 70 sakin dağıntılar altında qalıb, hadisə yerində xilasedicilər əməliyyat aparır.
Il Messaggero nəşrinin məlumatına görə, hadisəyə qaz balonunun partlaması səbəb ola bilər.
Hadisə yerinə Roma meri Roberto Qualtyerinin getdiyi bildirilir.
İlkin məlumata əsasən, 2 nəfər ağır xəsarət alıb.

