Türkiyədə kömür mədəni çöküb, dağıntılar altında qalanlar var.
Denmedia.az Türkiyə KİV- nə istinad edərək xəbər verir ki, hadisə Zonquldağ vilayətində baş verib.
İlkin məlumata görə, hadisə zamanı 5 işçi dağıntılar altında qalıb. Onlardan 3-ü artıq xilas edilib, 2 işçinin taleyi üçün xilasetmə işləri davam edir.
Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları göndərilib.
İşçilərin vəziyyəti barədə dəqiq məlumat hələ açıqlanmayıb.