Özünü hüquq mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb. Belə ki, həmin şəxs Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib.
Bundan başqa T.Əliyevin digər bir nəfər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
45 minlik dələduzluqda təqsirləndirilən "vəzifəli şəxs" saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.