Tehranın şərqində yerləşən yaşayış binasına zərbə nəticəsində yeddi uşaq həlak olub.
Bu barədə Mehr agentliyi öz Telegram kanalında məlumat yayıb.
“Tehranın şərqində yaşayış binasına edilən hücum nəticəsində yeddi uşaq həlak olub”, – deyə məlumatda bildirilir.
Agentlik qeyd edib ki, hücum zamanı cəmi 10 günlük olan körpə də həyatını itirib.

