İsrailin Livanın cənubuna endirdiyi son zərbələr nəticəsində son saatlarda 24 nəfər həyatını itirib. Bu barədə Al Jazeera Livanın Milli İnformasiya Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Tir bölgəsinin Maarub şəhərinə edilən hücum nəticəsində 6 nəfər ölüb. Kana şəhərinə endirilən zərbə zamanı isə 5 nəfər həyatını itirib.
Livan mənbələrinin məlumatına əsasən, Tefaxta şəhərinə edilən hücum nəticəsində azı 13 nəfər həlak olub.

