Beyrutun mərkəzində yerləşən otellərdən birinə endirilən zərbə nəticəsində azı iki nəfər həlak olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hücum şəhərin mərkəzi hissəsində yerləşən hotel binasındakı otaqlardan birinə yönəlib. Hadisə nəticəsində başqa xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Livanın rəsmi qurumları isə baş verən hadisə ilə bağlı hələlik açıqlama verməyib.

