Livanın cənubunda yerləşən Nabatiyə vilayətində İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində ən azı 19 nəfər həyatını itirib.
Bu barədə NNA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum yaşayış binasına endirilib və bina zərbə nəticəsində tamamilə dağılıb. Həlak olanların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.
Hadisə yerində xilasedicilər uçqunlar altında qalan insanları çıxarmaq və dağıntıları təmizləmək üçün əməliyyat aparırlar. Dağıntılar altından həlak olanların cəsədləri çıxarılır.

