İsrailin gecə saatlarında Livanın şərqinə endirdiyi hava zərbələri nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baalbek bölgəsində yerləşən Nəbi Çit şəhərinə İsrail tərəfindən həyata keçirilən bir sıra hava hücumları nəticəsində ilkin məlumata görə 16 mülki şəxs həyatını itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Nazirlik hücum nəticəsində yaralananların tibb müəssisələrinə yerləşdirildiyini və vəziyyətlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.

