“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər.
Den.az xəbər verir ki, Premyer Liqanın XXV turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib.
Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub.
Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.
AFFA “Neftçi” və “Qarabağ”ı cəzalandırdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.