ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Entoni Albanizini İranın qadın futbol yığmasını ölkəsində qəbul etməyə çağırıb.
Bu barədə o, TruthSocial sosial şəbəkəsində yazıb.
Tramp bildirib ki, komandanın İrana qayıtması təhlükəli ola bilər və oyunçuların həyatı risk altında qala bilər.
“Avstraliya İranın qadın futbol yığmasının geri qayıtmasına icazə verməklə böyük humanitar səhv edir. Bunu etməyin, hörmətli baş nazir. Əgər siz qəbul etməsəniz, ABŞ bu komandanı qəbul etməyə hazırdır”, — deyə Donald Tramp qeyd edib.
Qeyd edək ki, İranın qadın futbol yığması Avstraliyada keçirilən Asiya Kubokunda iştirak edib. Cənubi Koreya ilə oyundan əvvəl futbolçular ölkələrinin dövlət himnini oxumayıb.


