ABŞ prezidenti Donald Tramp bildirib ki, o, administrasiyasına 2026-cı il futbol üzrə dünya çempionatının misilsiz uğurla keçirilməsi üçün xüsusi göstəriş verib.
“Mən administrasiyama tapşırdım ki, dünya çempionatının misilsiz uğur olması üçün mümkün olan hər şeyi etsinlər. Düşünürəm ki, bu, ən möhtəşəm olacaq”, — deyə Tramp vurğulayıb.
2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksika ərazisində keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək və onlar 16 şəhərin stadionlarında 104 oyun keçirəcəklər.

