Fransa Prezidenti Emmanuel Makron yaxın müşavirlərindən biri olan Emmanuel Mulenin Fransa Bankının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə Bloomberg Yelisey sarayının açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, bu barədə Milli Assambleya və Senatın maliyyə komitələrinin sədrlərinə məlumat verilib.
Əgər 57 yaşlı Mulen parlament dinləmələrindən uğurla keçərsə, o, mayın sonunda səlahiyyətlərini vaxtından əvvəl təhvil verəcək Villerua de Qalonu əvəz edəcək.

