Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında tərəfdarlarını itirməyə başlayıb — komandasındakı məmurlar prezidentlik müddətinin sona yaxınlaşması fonunda vəzifələrini tərk edir.
Bu barədə Politico anonim mənbələrə istinadən məlumat yayıb, DenMedia.az xəbər verir.
Qeyd olunur ki, Makron ardıcıl üçüncü dəfə namizədliyini irəli sürə bilməz və çıxılmaz vəziyyətə düşmüş parlamentdə öz qanunvericilik proqramını həyata keçirə bilməyəcək.
“...Əməkdaşlar fransız liderin gedişindən əvvəl yeni vəzifələrə hazırlaşmağa çalışırlar. Son 2 ay ərzində Makronun komandasını 4 yüksək vəzifəli müşavir tərk edib...”

