Fransa prezidenti Emmanuel Makron sabiq prezident Nikola Sarkozi ilə onun həbsə salınmasından əvvəl gizli görüş keçirib.
Denmedia.az xəbər verir ki, bu barədə Le Figaro nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir saatdan çox davam edən görüş Yelisey sarayında baş tutub və ictimaiyyətə açıqlanmayıb.
Le Figaro-nun yazdığına görə, Makron məhkəmənin hökmü ilə bağlı açıq şərh verməkdən çəkinib, lakin Sarkozinin dərhal həbsə göndərilməsinin məqsədəuyğunluğu barədə şübhələrini ifadə edib.
Jurnalistlərin məlumatına əsasən, Fransa prezidenti hazırkı dövlət başçılarının toxunulmazlığa malik olduğunu, lakin sabiq prezidentlərin bu cür hüquqi müdafiədən məhrum olduğunu vurğulayıb.

