Fransa prezidenti Emmanuel Makron Avropanı ABŞ-ın İspaniyaya yönəlmiş təhdidlərinə qarşı birlikdə cavab verməyə çağırıb.
Bu barədə Politico qəzeti Fransa liderinin ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Makron İspaniyanın baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb. Söhbət zamanı ABŞ-ın İspaniya ilə ticarət münasibətlərini kəsməklə bağlı səsləndirdiyi təhdidlər müzakirə olunub.
“Avropa birləşməlidir. Üzv ölkələrdən biri, o cümlədən ticarət məsələlərində hücumlara məruz qaldıqda Avropa buna yekdilliklə cavab verməlidir”, — deyə Emmanuel Makron bildirib.

